- Avropa çempionatı
- 11:12 05.11.2024
Bu gün Avro-2024-ün 1/4 final mərhələsində son oyunlar keçirilib.
90deqiqe.Az xəbər verir ki, ilk matçda İngiltərə və İsveçrə milliləri qarşılaşıb. Oyun Bakı vaxtı ilə saat 20:00-da Düsseldorfdakı "Esprit Arena"da baş tutub. İngiltərə 1/8 finalda Slovakiyanı (2:1), İsveçrə isə İtaliyanı (2:0) məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar. Oyun İtaliyalı baş hakim Daniele Orsato tərəfindən idarə edilib.
Əsas vaxt 1-1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında İngiltərə millisi İsveçrəni məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
Günün son matçında isə Türkiyə millisi Niderlandla qarşılaşıb. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da Berlin Olimpiya Stadionunda keçirilib və fransalı referi Klement Turpin tərəfindən idarə edilib.Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib. Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.
Oyun Niderland millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, 1/4 final mərhələsinin digər iki oyunda İspaniya və Fransa yarımfinala yüksəlib.
6 iyul
Avro-2024
1/4 final
20:00. İngiltərə 1 - 1 İsveçrə (əsas vaxt)
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
23:00. Niderland 2 - 1 Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya Stadionu.