27 aprel 2026. Bazar ertəsi

"Ümid edirəm ki, qisas almaq şansımız olacaq"


"Ümid edirəm ki, qisas almaq şansımız olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə millisinin futbolçusu Merih Dəmiralı diskvalifikasiya etmək qərarını bütün türk xalqı üçün cəza hesab etdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, “Anadolu" Ərdoğanın dediklərini belə çatdırıb:

“Qərbin mentalitet nöqteyi-nəzərindən bizə yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Merih Dəmirala verdikləri cəza əvvəldən razılaşdırılıb. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Bunun üçün isə ən yaxşı mükafat Niderland ilə matçda qələbə olardı. Təəssüf ki, bu baş vermədi. Amma qarşıda 2026-cı il dünya çempionatı və 2028-ci il Avropa çempionatı var.Ümid edirik ki, bunlara ən yaxşı şəkildə hazırlaşaraq qisas almaq şansımız olacaq."

Xatırladaq ki, insident Avro-2024-ün 1/8 finalında Avstriya və Türkiyə milliləri arasında keçirilən oyunda (1:2) baş verib. Bu oyunda Dəmiral dubla imza atıb. Qolu qeyd edən futbolçu türk millətçilərinin jestindən istifadə edib. O, iki oyunluq cəzalanıb. Avro-2024-ün 1/4 finalında Türkiyə Hollandiyaya uduzub (1:2).







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb