17 aprel 2026. Cümə

Xaka İngiltərə ilə matçda keçirdiyi zədədən danışıb


Xaka İngiltərə ilə matçda keçirdiyi zədədən danışıb

İsveçrə millisinin aparıcı yarımmüdafiəçisi Qranit Xaka AVRO-2024-ün 1/4 finalında İngiltərə yığması ilə oyuna çıxdığı zədədən danışıb.

90deqiqe.Az xəbər verir ki, “The Mail Online" 31 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Mənim adduktor əzələlərimdə lif yırtığı var idi. Amma komandaya kömək etmək istədiyim üçün dişlərimi qıcadım. Nə uzun ötürmələr edə, nə də qapıya yaxşı zərbə endirə bilmədim. Əks halda, hər şey qaydasında idi." 

Xatırladaq ki, görüşün oyun vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Qolları Embolo və Saka vurub. İsveçrə penaltilər seriyasında İngiltərəyə 3:5 hesabı ilə uduzub. Qaret Sautqeytin yetirmələri turnirin yarımfinalında Hollandiya ilə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb