14 dekabr 2025. Bazar günü

AVRO-2024-ün yarımfinal mərhələsinin hakimləri müəyyənləşib


AVRO-2024-ün yarımfinal mərhələsinin hakimləri müəyyənləşib

Avro-2024-ün qarşıdan gələn yarımfinal oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Fransa və İspaniya yığmaları arasında iyulun 9-na planlaşdırılan oyunu sloveniyalı Slavko Vinçiç idarə edəcək. Növbəti gün keçiriləcək İngiltərə - Hollandiya matçını alman Feliks Zvayer idarə edəcək.

Xatırladaq ki, Avro-2024-ün final oyunu bu gələn bazar günü, iyulun 14-də baş tutacaq. Fransa yığması 1/4 finalda Portuqaliya yığmasını, İspaniya yığması isə Almaniya yığmasını turnirdən kənarda qoyub. İngiltərə yığması 1/4 finalda isveçrəlilərə penaltilər seriyasında qalib gəlib, Hollandiya yığması isə əsas vaxtda Türkiyə yığması üzərində güclü iradəli qələbə qazanıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb