5 dekabr 2025. Cümə

AVRO-2024: İlk finalçı bəlli oldu - Yenilənib


AVRO-2024: İlk finalçı bəlli oldu  - Yenilənib

İspaniya və Fransa komandaları 9 iyul 2024-cü il tarixində Avropa çempionatının yarımfinalında Münhendə qarşılaşıb. 

90deqiqe.Az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 23:00-da "Alyans Arena" stadionunda başlayıb. 

İspaniya turnirdə indiyə qədər bütün oyunlarını qazanıb və ümumilikdə 11 qol vurub. Komanda həm hücumda, həm də müdafiədə üstünlüyünü göstərib. Baş məşqçi Luis de Fuente, "Mənim oyunçularım doymur, hər zaman inkişaf üçün yer var," deyə qeyd edib.

Fransa komandası isə turnirdə dörd oyunda qapısını toxunulmaz saxlayıb. Baş məşqçi Didier Deşam, "Biz yarımfinaldayıq və bunu adi qəbul etməməliyik, hər oyuna qalibiyyət üçün çıxırıq," deyə bildirib. Fransa son səkkiz ildə dördüncü böyük turnir finalına çıxmaq niyyətindədir.

İspaniyanın yarımfinala çıxma yolu:

- Xorvatiya: 3-0

- İtaliya: 1-0

- Albaniya: 1-0

- Gürcüstan: 4-1 (1/8 final)

- Almaniya: 2-1 (1/4 final, əlavə vaxtda)

 

Fransanın yarımfinala çıxma yolu:

- Avstriya: 1-0

- Niderland: 0-0

- Polşa: 1-1

- Belçika: 1-0 (1/8 final)

- Portuqaliya: 0-0 (5-3 penaltilərlə, 1/4 final)

İspaniya Fransanı 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. Finalda İngiltərə - Niderland cütünün qalibi ilə qarşılaşacaq. 

İspaniya 2-1 Fransa

Qol: Randal Kolo Muani (as. Kylian Mbappe) 9, L.Yamal 21, J.Kunde (avtoqol) 25,

 

 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb