28 noyabr 2024. Cümə axşamı

İspaniya millisi avropa rekordu müəyyənləşdirdi


İspaniya millisi avropa rekordu müəyyənləşdirdi

İspaniya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının yarımfinal mərhələsi birincilərin qələbəsi ilə başa çatıb - 2:1. 

90deqiqe.Az "Squawka"ya istinadən xəbər verir ki, İspaniya millisi bir heç-heçədə ardıcıl altı matçda qalib gələrək Avro rekordu müəyyənləşdirib - əvvəllər heç kim bunu bacarmamışdı.

Fransızlar 9-cu dəqiqədə Randal Kolo-Mouaninin səyləri ilə önə keçib, ispanlar isə 21 və 25-ci dəqiqələrdə Lamin Yamal və Dani Olmonun dəqiq zərbələri ilə cavab veriblər.

Finalda “qırmızı qəzəb” çərşənbə günü baş tutacaq İngiltərə-Hollandiya görüşünün qalibi ilə oynayacaq. Kubokun qalibi iyulun 14-də müəyyənləşəcək. Luis de la Fuentenin yetirmələri bundan əvvəl Almaniya (2:1), Gürcüstan (4:1), Albaniya (1:0), İtaliya (1:0) və Xorvatiyadan (3:0) olan rəqiblərinə qalib gəlib.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb