5 dekabr 2025. Cümə

Məşhur futbolçu milli karyerasını bitirdi


Məşhur futbolçu milli karyerasını bitirdi

Almaniya millisinin hücumçusu Tomas Müller millidəki gələcəyi ilə bağlı qərar verib.

90deqiqe.Az  xəbər verir ki, 34 yaşlı futbolçu 2024-cü il Avropa çempionatının 1/4 finalında İspaniyaya uduzduqdan (1:2) sonra millidəki karyerasını bitirmək qərarına gəlib.

Xatırladaq ki, Almaniya yığmasını turnirdən kənarlaşdıran İspaniya artıq Avro-2024-ün finalına yüksəlib. Yarımfinal mərhələsində ispanlar Fransaya 2:1 hesabı ilə qalib gəlib. Qitə birinciliyinin finalında İspaniya yığması İngiltərə-Hollandiya qarşıdurmasının qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Sonuncu dəfə keçirilən turnirin qalibi İtaliya komandası olub. 2021-ci ildə keçirilən Avro-2020-nin finalında italyanlar İngiltərə yığmasına qalib gəlib (1:1, 3:2 penaltilər).







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb