- Avropa çempionatı
- 15:35 16.11.2025
Fransa Futbol Federasiyasının rəhbəri Filip Diallo millinin baş məşqçisi Didye Deşamın gələcəyi ilə bağlı danışıb.
90deqiqe.Az xəbər verir ki, "L’Equipe" funksionerin dediklərini belə çatdırıb:
“Deşamın müqaviləsini şübhə altına almaq üçün heç bir səbəb görmürəm. Keçmiş nəticələr özləri üçün danışır. Məqsədlərə nail olundu. Didye milli komanda ilə işləməyə davam edəcək”
Xatırladaq ki, Fransa yığması 2024-cü il Avropa çempionatının yarımfinal matçında İspaniyaya 1:2 hesabı ilə uduzaraq turniri tərk edib.
55 yaşlı Deşam 2012-ci ildən Fransa millisində çıxış edir. Mütəxəssislə komanda arasında hazırkı əmək müqaviləsi 2026-cı ilin iyul ayının sonuna kimidir.