5 dekabr 2025. Cümə

Avro-2024: Final oyunu bu referiyə tapşırıldı


Avro-2024: Final oyunu bu referiyə tapşırıldı

UEFA İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək Avropa çempionatının final oyununa hakim təyinatlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, həlledici görüş fransalı Fransua Leteksye həvalə olunub.Ona həmyerliləri Siril Muqnye və Mehdi Rahmoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Şimon Marçinyak yerinə yetirəcək.

VAR hakimi Jerom Brisar (Fransa), köməkçiləri isə Villi Delajo (Fransa) və Massimiliano İrrati (İtaliya) olacaq.

Çoxları bu təyinatın bu turnirdən sonra hakimlik karyerasını başa vuracaq italiyalı Daniele Orsatoya veriləcəyini gözləyirdi.

Bununla belə, Orsato finalda olmayacaq. 

Qeyd edək ki, Daniele Orsato Çempionlar Liqasının “Real Madrid” və “Borussiya” arasında keçirilən final oyununu idarə edib. Final fitindən sonra italyan hətta ağladı, çünki bu, onun klub səviyyəsində son oyunu idi.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb