22 oktyabr 2024. Çərşənbə axşamı

"Messi ilə müqayisələr diqqətimi yayındırır, çünki..."


"Messi ilə müqayisələr diqqətimi yayındırır, çünki..."

İspaniya milli komandasının 16 yaşlı cinah oyunçusu Lamin Yamal, keçmiş "Barselona" hücumçusu və hazırda "Inter Miami"də oynayan Lionel Messi ilə müqayisələr haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, o, həmçinin, Messi ilə arxivdəki birgə fotonu niyə daha əvvəl paylaşmadığını izah edib. Xatırladaq ki, fotoda gənc argentinalı hücumçu Lionel Messi, yeni doğulmuş Yamalı qundağında tutub.

"Messi ilə müqayisələr? Heç kim tarixdəki ən böyük oyunçu ilə müqayisə olunmağa etiraz etmir. Amma bu diqqətimi yayındırır, çünki heç vaxt onun kimi olmayacağam. Fotoşəkil ortaya çıxanda, təbii ki, bundan xəbərim yox idi. Atam bunu saxlayıb. Biz bu fotoları paylaşmadıq, çünki məni Leo ilə müqayisə etmək istəmirdik". 

Xatırladaq ki, Lamin Yamal, Avropa və Dünya Çempionatları tarixində ən gənc qol müəllifi olub. AVRO-2024-də Yamal altı matçda iştirak edib, bir qol vurub və üç asist edib.

İspaniya milli komandası Avropa Çempionatının finalında İngiltərə milli komandası ilə qarşılaşacaq. Oyun iyulun 14-ü Berlin Olimpiya Stadionunda keçiriləcək və saat 23:00-da başlanacaq.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?