22 oktyabr 2024. Çərşənbə axşamı

Sautqeyt İspaniya millisinin güclü tərəflərini açıqlayıb


Sautqeyt İspaniya millisinin güclü tərəflərini açıqlayıb

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Almaniyada keçirilən Avropa çempionatının final mərhələsində baş tutacaq qarşılaşma öncəsi İspaniya millisinin güclü tərəfləri ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 53 yaşlı çalışdırıcı bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“İspaniyanın çox aydın oyun tərzi var; Onların yüksək intensivliyə və yaxşı pressinqə malik möhkəm komandası var.Topla çox yaxşı davranırlar, ona görə də onlara qarşı mütəşəkkil olmaq lazımdır. Amma biz topa da çox yaxşı nəzarət edirdik, xüsusən də son bir neçə matçda”

Xatırladaq ki, Avro 2024-ün finalı bazar günü, iyulun 14-də baş tutacaq. İspaniya və İngiltərə yığmaları Berlindəki Olimpiastadionda qarşılaşacaqlar. Başlanğıc fiti Moskva vaxtı ilə saat 22:00-da səslənəcək. Qeyd edək ki, 1/2 finalda ispanlar Fransa millisindən güclü olub, ingilislər isə Hollandiya yığmasına qalib gəlib.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?