5 aprel 2025. Şənbə

Xesus Navas uzun müddətdir zədə ilə oynadığını etiraf edib


Xesus Navas uzun müddətdir zədə ilə oynadığını etiraf edib

İspaniya millisinin cinah müdafiəçisi Xesus Navas son illər ombasından zədə alaraq meydanda olmasından danışıb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Mən dörd-beş ildir ki, omba zədəsi ilə oynayıram. Amma mənim üçün ən önəmlisi "Sevilya" və İspaniya millisi ilə matçlarda keçirdiyim emosiyalardır. Mən həmişə hər şeyimi verirəm. Fəxr edirəm ki, səyahətimin əvvəlində olduğum sadə insan kimi qalıram”

Bu gün, 2024-cü il Avropa çempionatının final oyunu keçiriləcək İspaniya millisi İngiltərə ilə qarşılaşacaq. Görüş Berlindəki stadionda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib