7 aprel 2025. Bazar ertəsi

"Bellinqhemin oyununu izləmək həmişə xoşdur"


"Bellinqhemin oyununu izləmək həmişə xoşdur"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2024-cü il Avropa çempionatının finalı öncəsi İngiltərənin ulduz yarımmüdafiəçisi Cude Bellinqhem haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 63 yaşlı çalışdırıcı bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Bu oyunçunu çox bəyənirəm. Bellinqhemin məni futbola cəlb edən keyfiyyətləri var.Cude əla texnikaya və bütün güclü tərəflərinin harmonik birləşməsinə malik güclü oyunçudur. O, həm də çoxlu qol vurur və təbii istedada malikdir. Onun oyununu izləmək həmişə xoşdur”

İspaniyanın İngiltərə ilə final matçı  iyulun 14-də Berlindəki stadionda keçiriləcək. Başlanğıc Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib