6 aprel 2025. Bazar günü

"Yamal məni, Uilyams Ronaldonu xatırladır" - Ueyn Runi


"Yamal məni, Uilyams Ronaldonu xatırladır"  - Ueyn Runi

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi İspaniya millisinin cinah oyunçuları Lamin Yamal və Niko Uilyams haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Football Talk" 38 yaşlı keçmiş forvardın dediklərini belə çatdırıb:

“Lamin Yamal mənə Avro 2004-də necə olduğumu bir az xatırladır - gözəl vaxt keçirən bir yeniyetmə. Niko Uilyams da müstəsna oyunçudur. O, mənə gənclik illərində Kriştiano Ronaldonu xatırladır”

Xatırladaq ki, Avro-2004 zamanı Runinin 18 yaşı var idi. Avro-2024-ün əvvəlində Yamalın 16 yaşı var idi. Dünən, iyulun 13-də cinah müdafiəçisi 17 yaşını qeyd edib. Yamal cari Avropa çempionatının altı oyununda iştirak edib, bu oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib