14 dekabr 2025. Bazar günü

Həbib Nurməhəmmədov İspaniyanın AVRO-2024-dəki qələbəsini şərh edib


Həbib Nurməhəmmədov İspaniyanın AVRO-2024-dəki qələbəsini şərh edib

Şöhrət Zalının üzvü, rusiyalı Həbib Nurməhəmmədov 2024-cü il futbol üzrə Avropa çempionatının İspaniya və İngiltərə milli komandaları arasında keçirilən final oyununun nəticəsini şərh edib.

90deqiqe.Az xəbər verir ki, keçmiş UFC çempionu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Nə matç!"  (2: 1) -  deyə, o paylaşımında qeyd edib.

Xatırladaq ki, oyunda hesabı 47-ci dəqiqədə Lamin Yamalın ötürməsi ilə ispaniyalı vinger Niko Uilyams açıb. 73-cü dəqiqədə ingilis yarımmüdafiəçi Koul Palmer hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Mikel Oyarzabal ispanları yenidən hesabda irəli çıxarıb. 

Qeyd edək ki, bu, İspaniyanın Avropa çempionatında dördüncü qələbəsidir. İspanlar Avro-2024-dən əlavə 1964, 1984, 2008, 2012-ci illərdə də turnirin finalında çıxış ediblər. Bu dörd qarşılaşmadan üç görüşdə (1984-cü ildəki oyun istisna olmaqla) İspaniya qalib gəlib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb