6 aprel 2025. Bazar günü

"Sautqeyt həmişə tənqidlərə qarşı təmkinli olub"


"Sautqeyt həmişə tənqidlərə qarşı təmkinli olub"

İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri Qaret Sautqeytin millinin baş məşqçi postundan getməsinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, “The Independent" 43 yaşlı keçmiş forvardın dediklərini belə çatdırıb:

“Sautqeyt həmişə tənqidlərə qarşı təmkinli olub. Bir çox keçmiş futbolçular onun işini tez-tez tənqid edirdilər. Lakin bunlar böyük turnirlərdə 1/4 finalı keçə bilməyənlərdi. Və əla iş görən məşqçini tənqid etdilər. Əminəm ki, Qaret Premyer Liqa və digər liqalardan təkliflər alacaq”

Sautqeyt 2016-cı ildən İngiltərə millisinin baş məşqçisi vəzifəsində çalışır. Onun rəhbərliyi altında milli komanda Avro finallarında ardıcıl iki dəfə məğlub olub.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib