- Avropa çempionatı
- 15:35 16.11.2025
"Tottenhem"in baş məşqçisi Ange Postekoqlou İngiltərə millisinin yeni baş məşqçisi ola biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “Daily Mail" 58 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:
“İndi mən “Tottenhem”də mövsümöncəsi məşqdəyəm, bu komandanın baş məşqçisiyəm. Başqa heç nə düşünmürəm. Mən yalnız öz komandama və onlarla necə uğur qazanacağıma fokuslanmışam. Nahardan sonra yuxuya getdiyim üçün bütün söz-söhbətlərin üstündən yatdım. Buna görə də orada nə yazdıqlarını bilmirəm”
Xatırladaq ki, İngiltərə yığması 2024-cü il Avropa çempionatının finalında İspaniya yığmasına məğlub olub (1:2). Bu uğursuzluqdan sonra Qaret Sautqeyt istefa verib.