9 iyul 2026. Cümə axşamı

Tadiç milli karyerasını bitirdi


Tadiç milli karyerasını bitirdi

"Fənərbağça"nın hücumçu Duşan Tadiç millidəki karyerasını bitirmək qərarına gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

“Milli komanda ilə vidalaşıram, amma bir gün yenə orada olacağıma inanıram. Futbolçu karyeramı başa vurduqdan sonra futbolda qalmaq istəyirəm və ölkəmə mümkün qədər kömək etməkdən yaxşı heç nə yoxdur”, – deyə, Tadiç paylaşımında qeyd edib.

Ümumilikdə, Duşan Tadiç Serbiya millisində 111 oyun keçirib. Onlarda hücumçu partnyorlarına 23 qol vurub və 40 məhsuldar ötürmə edib. Xatırladaq ki, Avro-2024-də Serbiya millisi qrupdan vəsiqə qazana bilməyib.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat