5 dekabr 2025. Cümə

Millinin sabiq çalışdırıcısı televiziya eksperti olacaq


Millinin sabiq çalışdırıcısı televiziya eksperti olacaq

İngiltərə millisinin keçmiş futbol meneceri Qaret Sautqeyt televiziya eksperti ola bilər.

90deqiqe.Az-ın “Daily Mai”ə istinadən məlumatına görə, BBC rəhbərləri futbol ekspertlərindən birinin rolunu oynamaq üçün ingilis məşqçini dəvət etməkdə maraqlıdırlar.

BBC-nin nümayəndələri 2024-cü il Avropa çempionatı zamanı İngiltərə millisinin çıxışını çox sərt tənqid edən keçmiş futbolçu Qari Linekerlə Sautqeyti qarşı-qarşıya qoymaq istəyirlər.

BBC-dən başqa, İTV kanalı da mütəxəssis dəvət etməkdə maraqlıdır.

Xatırladaq ki, Qaret Sautqeytin rəhbərliyi altında İngiltərə yığması Avro-2024-ün finalına çıxıb və burada futbolun yaradıcıları İspaniyaya 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Sautqeyt istefa vermək qərarına gəlib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb