5 dekabr 2025. Cümə

Xesus Navas milli karyerasını bitirdi


Xesus Navas milli karyerasını bitirdi

Xesus Navas İspaniya millisindəki karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu barədə futbolçunun özü şəxsi sosial şəbəkə hesabında yazıb.

 “İspaniya öz tarixini yazmağa davam etdiyi üçün bu gündən etibarən formanı geyindiyim zamankı həvəslə komandanı dəstəkləyəcəm. Luis de la Fuente məni daha milliyə çağırmayacaq. 15 il əvvəl başlayan tsikl başa çatır”, - deyə, Navas qeyd edib.

İspaniya millisinin üzvü kimi Xesus Navas iki dəfə (2012, 2024) Avropa çempionu olub, Dünya Kubokunun (2010) və Millətlər Liqasının (2023) qalibi olub. O, karyerası ərzində “La Roja”nın heyətində 56 oyuna çıxıb.

 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb