- Avropa çempionatı
- 16:03 10.10.2024
UEFA rəhbərləri İngiltərə yığmasının təşkilatın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakını dayandıra bilər.
90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, UEFA nümayəndələri hökumətin futbol işlərinə qarışması səbəbindən İngiltərə yığmasını turnirlərdə iştirakını dayandıra və İngiltərəni 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək hüququndan məhrum edə bilər.
Böyük Britaniyanın siyasi partiyaları ingilis klubları üçün lisenziya sisteminə nəzarət edəcək və onların sahiblərini yoxlayacaq tənzimləyici qurum təklif ediblər.
Xatırladaq ki, İngiltərə futbol komandası son Avropa çempionatında finala yüksəlib. Avro-2024-ün həlledici oyununda futbolun yaradıcıları İspaniyaya 1:2 hesabı ilə uduzublar.