- Avropa çempionatı
- 10:34 21.10.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Çelsi"nin və "Brayton"un keçmiş baş məşqçisi Qrem Potter İngiltərə millisinin yeni baş məşqçisi ola biləcəyi ilə bağlı danışıb.
90deqiqe.Az "The Telegraph"a istinadən xəbər verir ki, Potter işinə qayıtmağa hazır olduğunu, lakin düzgün seçim etməli olduğunu söyləyib. Mütəxəssis qeyd edib ki, o, klubdakı gündəlik iş prosesini millidən daha çox bəyənir.
“İngiltərə üçün işləmək fərqli bir ritmdir və bunun öz üstünlükləri var. Mən heç nəyi istisna etmirəm, amma klubda işləmək məni daha çox maraqlandırır"
Xatırladaq ki, Li Karsli hazırda ingilis komandası ilə işləyir. Bundan əvvəl futbolun qurucularını kifayət qədər uzun müddət Qaret Sautqeyt çalışdırıb.