- Avropa çempionatı
- 10:34 21.10.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Almaniya millisində “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin ağır zədələnməsindən sonra kimin bir nömrə olacağı məlum olub.
90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, Julian Naqelsmannın rəhbərlik etdiyi Bundesteamin məşqçilər korpusu yeni bir nömrə kimi “Ştutqart”ın qapıçısı Aleksandr Nübeli seçib.
Qeyd edək ki, bu qapıçının hüquqları "Bavariya"ya məxsusdur. Bu mövsüm Nübel "Ştutqart"la Almaniya çempionatında dörd oyun keçirib.
Xatırladaq ki, buna qədər Almaniya millisinin əsas qapıçısı bu yaxınlarda beynəlxalq karyerasını bitirmək qərarına gələn Manuel Noyer idi. Ter Stegen bu mövsümün qalan hissəsində zədə səbəbindən sıradan çıxıb.