- Avropa çempionatı
- 11:12 05.11.2024
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi almaniyalı Fabyenn Mişel olacaq. Ona yan xətt hakimləri Melissa Cus (Almaniya) və Amina Sara Quçi (Avstriya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Karolina Vakker yerinə yetirəcək.
VAR hakimi Katrin Rafalski, onun köməkçisi isə Yohan Pfeyfer (hər ikisi Almaniya) olacaq.
Qeyd edək ki, oktyabrın 25-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 16:00-da başlayacaq.