25 oktyabr 2024. Cümə

Mançini Səudiyyə Ərəbistanı millisindən ayrıldı


Mançini Səudiyyə Ərəbistanı millisindən ayrıldı

İtaliyalı çalışdırıcı Roberto Mançini Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postundan ayrılıb.

90deqiqe.Az xəbər verir ki, 59 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Artıq Mançininin yerinə mümkün namizədlər müəyyənləşib. İlk namizəd kimi əvvəllər Səudiyyə Ərəbistanında “Əl Nassr”, “Əl Hilal” və “Əl İttihad” komandalarını çalışdırmış, hazırda Braziliyanın “Korintians” komandasının rəhbəri olan argentinalı məşqçi Ramon Diaz irəli sürülüb.

İddialara görə, digər namizəd 2019-2023-cü illərdə Səudiyyə Ərəbistanı milli komandasında çalışmış fransalı baş məşqçi Herve Renarddır.

Xatırladaq ki, Sankt-Peterburq “Zenit”inin düşərgəsindəki fəaliyyəti ilə tanınan Mançini 2023-cü ilin avqustundan Səudiyyə Ərəbistanı millisində çalışır. Yeddi dəfə qalib gəldiyi, beş dəfə heç-heçə etdiyi və altı dəfə məğlub olduğu komandanın sükanı arxasında 18 görüş keçirməyi bacarıb.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır