5 dekabr 2025. Cümə

Rudi Qarsiya Kurtuanın milliyə qayıtdığını təsdiqləyib


Rudi Qarsiya Kurtuanın milliyə qayıtdığını təsdiqləyib

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya "Real Madrid"in 32 yaşlı qapıçısı Tibo Kurtuanın milliyə qayıdacağını təsdiqləyib.

90deqiqe.Az "L'Equipe"ə istinadən xəbər verir ki,təcrübəli çalışdırıcı bu barədə mətbuata açıqlamasında bildirib.

“O [Kurtua] geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mən həmişə Tibou dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. “Real Madrid”in “Mançester Siti” ilə oyunundan əvvəl onunla danışmaq üçün Madridə getdim.Mən də oyundan bir gün əvvəl Kevin De Bruyne və Ceremi Dokunu görmək fürsətindən istifadə etdim"

Qapıçı millinin keçmiş baş məşqçisi Domeniko Tedesko ilə münaqişə ucbatından 2023-cü ilin yayından bəri “qırmızı şeytanlar”da oynamayıb.

Tedeskonun Belçika millisindən ayrılmasından sonra Kurtua milliyə qayıda biləcəyini etiraf edib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb