5 dekabr 2025. Cümə

"Sautqeyt zəmanət versəydi, dərhal müqavilə imzalayardım"


"Sautqeyt zəmanət versəydi, dərhal müqavilə imzalayardım"

Polşa Futbol Assosiasiyasının (PZPN) prezidenti Sezari Kulesza İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeytin Polşa yığmasına rəhbərlik etmək istədiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, funksioner “Przegląd Sportowy” nəşrinə açıqlamasında bu iddiaları təsdiqləyərək ehtiyatlı mövqe sərgiləyib:

“Onunla əməkdaşlıq təklifi aldıq, amma bir sadə şeyi unutmamalıyıq: heç bir əcnəbi məşqçi bizə dünya çempionatına vəsiqə qazandıracağına zəmanət verə bilməz. Əgər Sautqeyt bu zəmanəti versəydi, dərhal onunla müqavilə bağlayardım.”

O, həmçinin keçmiş baş məşqçi Fernando Santosun nümunəsini də xatırladıb: “Uğurlu, tanınmış bir məşqçi idi, hamı onu alqışladı. Amma nəticə bizim üçün gözlənilməz və məyusedici oldu.”

Qeyd edək ki, Polşa milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində G qrupunda Finlandiya, Hollandiya, Litva və Malta ilə mübarizə aparır. Hazırda yığma 6 xalla üçüncü pillədə qərarlaşıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb