5 dekabr 2025. Cümə

Millimizin rəqibinin heyəti açıqlandı


Millimizin rəqibinin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının heyəti müəyyənləşib.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Adrian Qula AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunlarda xidmətindən yararlanacağı futbolçuların adlarını açıqlayıb.

Çalışdırıcı 2-ci qrupdakı ilk oyunlarına 23 oyunçu dəvət edib. Bundan başqa, ehtiyat qüvvə kimi 16 futbolçunu da müəyyənləşdirib. Əsas oyunçulardan zədələnən və ya performansı baş məşqçini qane etməyən olsa, onlar alternativ heyətdəkilərlə əvəzlənəcək.

Qapıçılar: Martin Vantruba ("Pohronie"), Frederik Valaç ("Petrjalka"), David Şipoş ("Nitra")

Müdafiəçilər: Dominik Şpiriak ("Erqotelis"), Kristian Vallo, Adam Kopas, Branislav Sluka (hamısı "Jilina"), Martin Şulek ("Trenkin"), Martin Bednar, Marej Oravets (hər ikisi "Dunayska"), İvan Mesik ("Spartak", Trnava), Aleksander Mojjiş ("Rujomberok")

Yarımmüdafiəçilər: Martin Adamets ("Odra Opole"), Adam Brenkus ("Rujomberok"), Kristian Herç ("Viktoriya", Plzen), Peter Kolesar ("Zemplin"), Yan Bernat, Mixal Tomiş (hər ikisi "Jilina"), Martin Koval, Yakub Şvets (hər ikisi "Zlate")

Hücumçular: Lyubomir Tupta ("Verona"), Ladislav Almasi ("Petrjalka"), David Strelets ("Slovan").

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb