5 dekabr 2025. Cümə

İtaliya millisinin geriləməsi davam edir


İtaliya millisinin geriləməsi davam edir

İtaliya milli komandası beynəlxalq arenadakı zəif çıxışlarının acı nəticəsini FIFA-nın yenilənmiş reytinqində yaşayıb.

90deqiqe.Az-ın məlumatına görə, "skuadra Adzurra" uzun fasilədən sonra ilk dəfə olaraq dünyanın ən güclü 10 komandası sırasından kənarda qalıb. Hazırda komanda 11-ci pillədə qərarlaşıb.

Bu geriləmə İtaliya yığmasının 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsində daha çətin səbətə düşmək riskini artırır.

Komandada baş məşqçi dəyişikliyi də baş verib və bu dəyişikliklərin fonunda İtaliya yığmasının yaxın gələcəyi ilə bağlı narahatlıqlar artır.

Xatırladaq ki, son illərdə İtaliya millisinin nəticələri qeyri-sabit olub – komanda 2021-ci ildə Avropa çempionu olsa da, ardıcıl iki mundialın final mərhələsinə vəsiqə qazana bilməyib, AVRO-2024-də də turniri erkən tərk edib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb