- Avropa çempionatı
- 15:35 16.11.2025
Polşa millisində baş məşqçi postuna təyinat rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, Polşa Futbol İttifaqının (PZPN) prezidenti Çezari Kuleşa yanvardan boş qalan vəzifəyə Yan Urbanın gətirildiyini açıqlayıb.
Kuleşa bildirib ki, bu qərar millinin potensialını maksimuma çatdırmaq üçün atılıb:
“Əminik ki, bu təyinat milli komandamıza öz potensialını tam şəkildə göstərməyə imkan verəcək. Hədəfimiz 2026-cı il dünya çempionatının final mərhələsinə yüksəlməkdir. Məşqçiyə uğurlar arzulayıram və onu əmin edirəm ki, PZPN-in rəhbərliyi və əməkdaşları olaraq tam dəstəyimiz onunladır”.
Qeyd edək ki, 61 yaşlı Urban 2008-ci ildə Avropa çempionatında Polşa millisinin məşqçilər heyətində yer almışdı.
Xatırladaq ki, bir müddət öncə “Barselona”nın hücumçusu Robert Levandovski baş məşqçi Mixal Probjeşin kapitan sarğısını əlindən almasına görə millidə çıxışdan imtina etmişdi. Bu hadisədən sonra Probjeş komandadan ayrılmışdı.