5 dekabr 2025. Cümə

İspaniyanın qadınlardan ibarət komandası AVRO-2025-in finalında


İspaniyanın qadınlardan ibarət komandası AVRO-2025-in finalında

Qadınlar arasında futbol üzrə Avropa çempionatı – 2025-in yarımfinal mərhələsində Almaniya və İspaniya yığmaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, görüş İsveçrənin Sürix şəhərində yerləşən “Letzigrund” stadionunda keçirilib və 1:0 hesabı ilə İspaniya millisinin qələbəsi ilə yekunlaşıb. Matça Braziliyadan olan baş hakim Edina Alves Batista rəhbərlik edib.

Oyunun əsas vaxtında hesab açılmayıb. Qələbə qolunu isə ispanların yarımmüdafiəçisi Aytana Bonmati əlavə vaxtda – 113-cü dəqiqədə vurub və komandasını finala daşıyıb.

Bu nəticə ilə İspaniya millisi finalda İngiltərə yığmasına rəqib olub. İngilislər digər yarımfinal qarşılaşmasında İtaliya üzərində qələbə qazanıblar.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatının son qalibi İngiltərə millisidir. AVRO-2022-nin finalında ingilislər Almaniyanı əlavə vaxtda 2:1 hesabı ilə məğlub etmişdi. Həmin turnir İngiltərədə keçirilmişdi.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb