5 dekabr 2025. Cümə

FİFA-dan İranlı futbolçuya sərt cəza


FİFA-dan İranlı futbolçuya sərt cəza

FIFA İran millisinin futbolçusu Saman Qoddosu 4 ay müddətinə diskvalifikasiya edib.

Corner.az-ınməlumatına görə, buna İsveç əsilli hücumçunun transfer razılaşmamasına əməl etməməsi səbəb olub. Qoddos 2018-ci ilin avqustunda İsveç "Östersun"undan Fransa "Amyen"inə 4 milyon avroya keçib. İspaniya "Ueska"sı isə bu transferlə bağlı şikayət edib. Bu klub forvardın keçidinə dair "Östersun"la daha əvvəl razılaşdığını və futbolçunun özü ilə şəxsi müqavilə bağladığını xatırladıb.

FIFA-nın Mübahisəli Məsələlərin Həlli üzrə Palatası "Ueska"nın şikayətini təmin edib. Qoddos İspaniya klubuna 4 milyon avro kompensasiya ödəyəcək. Bundan başqa futbolçuya və "Östersun"a idman sanksiyaları tətbiq olunub.

FIFA-nın qərarından 21 gün ərzində şikayət etmək olar.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb