5 dekabr 2025. Cümə

Rakitiç millimizlə oyuna çıxmayacaq


Rakitiç millimizlə oyuna çıxmayacaq

Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının heyətində dəyişiklik edilib. 

Corner.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç heyətdən uzaqlaşdırılıb. Bunu yerli mətbuata müsahibəsində komandanın baş məşqçisi Zlatko Daliç deyib. O, qərarını belə izah edib:


"Rakitiçin klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyib. Onunla dünən danışdım və futbolçunun milli komanda üçün hazır olmadığı qənaətinə gəldim. Buna görə Rakitiç növbəti oyunlarda bizə qoşulmayacaq". 

Daliç Rakitiçin əvəzinə "Kalyari"nin yarımmüdafiəçisi Marko Roqunu milliyə dəvət edildiyini deyib.

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb