- Avropa çempionatı
- 16:00 13.04.2026
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.
Bu barədə 90deqiqe.Az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Mostar şəhərində yerləşən "Bijelim Brijeqom" stadionunda baş tutacaq.