5 dekabr 2025. Cümə

Azərbaycanda Xorvatiyanın necə komanda olduğunu göstərməliyik - Lovren


Azərbaycanda Xorvatiyanın necə komanda olduğunu göstərməliyik - Lovren
Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının futbolçusu Deyan Lovren qarşıdakı oyunlar barədə danışıb.

Çox ne.az xəbər verir ki, "Liverpu"lun müdafiəçisi "Sportske Novosti"yə açıqlamasında iddialı fikirlər səsləndirib. O, finala çıxdıqları son dünya çempionatındakı kimi oynamaq lazım olduğunu bildirib:

"İndi dünya çempionatındakı komanda kimi olmalıyıq. Avropa çempionatında olmaq istəyiriksə, Slovakiya və Azərbaycanda Xorvatiyanın kim və necə komanda olduğunu göstərməliyik. Meydanda hansı futbolçunun oynayacağı mənə maraqlı deyil, ən yaxşı formada olan futbolçu meydana çıxacaq. Rusiyadakı dünya çempionatında olduğu kimi hamımız birgə nəfəs almalıyıq".

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 6-da Slovakiya, 9-da isə yığmamızın qonağı olacaq.(qol)





Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb