15 aprel 2026. Çərşənbə

Vengerin mundial arzusu


Vengerin mundial arzusu
Arsenal'ın sabiq baş məşqçisi Arsen Venger milli komandada çalışmaq istədiyini bildirib.

Corner.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Fransa mətbuatına açıqlamasında milli komanda ilə dünya çempionatında iştirak etmək arzusundə olduğunu deyib:

“2022-ci ildə keçiriləcək dünya çempionatında bir yığmada işlədiyimi xəyal edə bilirəm. Ümid edirəm ki, üç il sonra məni Qətərdə bir komandanın “sükanı arxasında” görə bilərsiz. Nələr olacağını görəcəyik. Hər zaman dünya çempionatında iştirak etmək istəmişəm. Bu, çox fərqli hiss olar”.

Xatırladaq ki, 1996-2018-ci illərdə "Arsenal"ı çalışdıran fransız mütəxəssis 1 ildir işsizdir.(qol)





Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb