15 aprel 2026. Çərşənbə

Beyl Azərbaycanla oyundan danışdı


Beyl Azərbaycanla oyundan danışdı

"Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq".

Corner.az AFP-yə istinadən xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) AVRO-2020-nin seçmə mərhələ matçında sonra söyləyib.

30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. İspaniya "Real Madrid"ində çıxış edən oyunçu görüşdə xarakter göstərdiklərini sözlərinə əlavə edib: "Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını evdə Xorvatiyaya qarşı keçirəcək. "Bakcell Arena"dakı matç sentyabrın 9-da saat 20:00-da başlayacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb