5 dekabr 2025. Cümə

Qarabağ'ın legionerinə İngiltərə ilə görüşdə şans verilmədi


Qarabağ'ın legionerinə İngiltərə ilə görüşdə şans verilmədi

Qarabağ'ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi Avro-2020-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.

Corner.az-ın məlumatına görə, komanda səfərdə İngiltərə ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

İngiltərə - Bolqarıstan - 4:0
Qollar
: Harri Keyn, 24, 50-pen, 73-pen, Rahim Sterlinq, 55

S.Slavçev sözügedən matçda iştirak etməyib. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu qələbə ilə xalını 9-a çatdıran İngiltərə  A qrupunda ilk pilləyə yüksəlib. Bolqarıstan isə 2 xalla sonuncudur.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb