5 dekabr 2025. Cümə

Azərbaycan yaxşı futbolçulardan qurulmuş komandadır - Vida


Azərbaycan yaxşı futbolçulardan qurulmuş komandadır - Vida
“Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Bura dünən gəlmişik. Bu gün də məşqimiz olacaq. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır”.
 
Corner.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida Avro-2020-nin seçmə mərhələsində millimizlə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfrasnında deyib.

 
- Bir neçə il əvvəl bu komanda ilə qarşılaşmısınız. Azərbaycan yığması haqda nə deyə bilərsiniz?

- Bəli, həmin vaxt 0:0 olmuşdu. Zaqrebdə də bizə çətinlik yaratmışdılar. Rəqibin xalının olmaması onların real gücünü göstərmir. Yaxşı futbolçulardan qurulmuş komandadır. Yaxşı oyunçuları var. Sabah maksimum gücümüzü ortaya qoymalıyıq. Uels və Slovakiyaya qarşı oyundakı kimi çıxış etsək, istəyimizə çatacağımıza ümid edirəm.
 
- Sabah Azərbaycanın qələbəsi sürpriz ola bilərmi?

- Hazırda dünya reytinqində ikinci yerdəyik. Favoritik, qalib gəlmək istəyirik. Rəqibə hörmətlə yanaşırıq. Slovakiya ilə oyundakı performansın üzərinə bir az da əlavə etsək, qələbə qazana bilərik.
 
- Slovakiyaya qarşı performans dünya çempionatından sonrakı ən yaxşı oyununuz idi. Bununla razısız?

- Bəli, razıyam. Amma sabah da bizi vacib oyun gözləyir. Baş məşqçi futbolçuları sabahkı görüşə hazırlaşdırır. Çünki keçmişi artıq düşünmürük.





Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb