5 dekabr 2025. Cümə

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb


Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.

K.Umudlu oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb