5 dekabr 2025. Cümə

Azarkeşlərimizdən üzr istəyirik - Vida


Azarkeşlərimizdən üzr istəyirik - Vida

"Yaxşı oyun keçirdik. Penaltidən fərqləndikdən sonra 3-4 qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. İkinci hissədə rəqib hesabı bərabərləşdirdi. Azarkeşlərimizdən üzr istəyirik. Onlara Bakıya gələrək bizə dəstək olduqları üçün təşəkkür edirik. Macarıstanla keçiriləcək növbəti oyunda özümüzü bir daha sübut etməyə çalışacağıq".

Corner.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra ölkəsinin mətbuatına deyib.

O, iki xal itirdiklərini bildirib: "Deməzdim ki, oyuna nəzarət edə bilmədik. Əgər Bakıda keçirilən oyunun ilk hissəsində 2 qol vura bilsəydik, Slovakiya ilə matçı təkrarlaya bilərdik. Bu futboldur, hər şey olduqca maraqlıdır. Biz onlara 1 xal verdik, əvəzində 2 xal itirdik. Hal-hazırda bizə Macarıstanla keçirəcəyimiz oyun daha çox maraqlıdır".







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb