7 noyabr 2025. Cümə

“Avropa çempionatının seçmə mərhələsi təkmilləşdirilə bilər”


“Avropa çempionatının seçmə mərhələsi təkmilləşdirilə bilər”

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Avropa çempionatına seçmə mərhələnin sisteminin təkmilləşdirilə biləcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Daily Mail" sloveniyalı funksionerin fikirlərini belə çatdırıb:

“Seçmə mərhələnin matçları bəlkə də fərqli formatda keçiriləcək. Matçların sayı artmayacaq, lakin format daha maraqlı olacaq. Biz bunun üzərində düşünürük.”

Mənbə qeyd edir ki, UEFA digər turnirlərində istifadə olunan formatları – məsələn, Millətlər Liqası və ya Çempionlar Liqası sistemlərini – seçmə mərhələdə tətbiq etməyi nəzərdən keçirə bilər. Lakin UEFA potensial dəyişikliklərin detalları barədə açıqlama verməkdən imtina edib.







Avropa çempionatı

"O, milliyə əhval-ruhiyyə qaytardı"
  • Avropa çempionatı
  • 14:30 31.07.2025
"O, milliyə əhval-ruhiyyə qaytardı"