24 oktyabr 2024. Cümə axşamı

AVRO-2020 ilə bağlı Şamaxıda təşkil olunan Yay Düşərgəsi başa çatıb


AVRO-2020 ilə bağlı Şamaxıda təşkil olunan Yay Düşərgəsi başa çatıb

Sentyabrın 11-dən 13-dək Şamaxı şəhərində AVRO-2020-nin Bakı könüllülük proqramı çərçivəsində Yay Düşərgəsi təşkil olunub.

Corner.az xəbər verir ki, düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılması olub.

200 könüllünün qatıldığı düşərgədə təşkilatçılar tərəfindən müxtəlif mövzularda təlimlər, seminarlar baş tutub, eyni zamanda, öz sahələrinin peşəkarları tərəfindən uğur hekayələri dinlənilib, idman və intellektual yarışlar keçirilib.

Yay Düşərgəsinin ikinci günündə AFFA-nın baş katibi və AVRO-2020 İşçi Qrupunun meneceri Elxan Məmmədovun könüllülərlə görüşü olub. Şəbəkə oyunu əsasında qurulan görüşdə baş katib idarəetmə mövzusunda təlim keçib. Həmçinin könüllülərin fərdi olaraq idarəetmədə yanaşmaları dinlənilib, bunun iş və şəxsi həyatda tətbiqi haqqında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda könüllülərlə baş katib şəbəkə oyunu nəticəsində yaranmış hörümçək toru altında şəkil çəkdiriblər.

Düşərgə iştirakçıları xüsusi meyarlara əsasən seçilib. Burada məhz AVRO-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan könüllülər iştirak hüququ qazanıb.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır