12 noyabr 2026. Cümə axşamı

UEFA-dan Kamal Umudluya növbəti təyinat


UEFA-dan Kamal Umudluya növbəti təyinat

Kamal Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

Bu barədə 90deqiqe.Az-a AFFA-dan bildirilib.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən "Tatran" stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.







Avropa çempionatı