17 aprel 2026. Cümə

Xorvatiya millisinin heyəti açıqlandı


Xorvatiya millisinin heyəti açıqlandı

Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Xorvatiya millisinin Macarıstan və Uelslə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.

Corner.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu İvan Rakitiç yenidən milliyə dəvət olunub:

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo” Zaqreb), Simon Sluqa (“Luton”, İngiltərə)

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Matey Mitroviç (“Brügge”, Belçika), Karlo Bartoleç (“Kopenhagen”, Danimarka), Mile Şkoriç (“Osiyek”), Dario Melnyak (“Rizəspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Fiorentina”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya)

Hücumçular: İvan Perişiç (“Bavariya”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Yosip Brekalo (“Volfsburq”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo” Zaqreb).

Ehtiyat oyunçular: Marko Roq (“Kalyari”, İtaliya), Miyo Cakdaş, Filip Bradariç (hər ikisi “Hayduk”), Dino Periç (“Dinamo” Zaqreb).

Qeyd edək ki, Xorvatiya millisi Avro-2020-nin seçmə mərhələsində oktaybrın 10-da Macarıstan, 13-də isə Uelslə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb