- Avropa çempionatı
- 15:35 16.11.2025
Bosniya və Herseqovina millisinin Avro-2020-nin seçmə mərhələsində Finlandiya və Yunanıstanla oyunlar üçün heyəti açıqlanıb.
Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, millinin baş məşqçisi Robert Prosineçki bu dəfə də "Qarabağ"ın qapıçısı Asmir Beqoviçə yer verməyib. O, yığmaya qapıçılar İbrahim Şehiç ("Ərzurumspor"), Kenan Piriç ("Maribor"), Jasmin Buriçi ("Hapoel" Hayfa) çağırıb.
Qeyd edək ki, Prosineçki "Qarabağ"a gələnə qədər 4 aydır oynamayan A.Beqoviçi milliyə dəvət etmirdi. Bu günlərdə o bildirib ki, futbolçunun Ağdam klubuna keçməsindən xəbərdardır və əgər daimi oynasa, milliyə dəvət alacaq.Əlavə edək ki, “Qarabağ” Beqoviçi transfer etdikdən sonra üç oyun keçirib.