6 fevral 2026. Cümə

UEFA Estoniya və Litva U17 yığmalarına Belarusla oyundan imtina etdiklərinə görə texniki məğlubiyyət verdi


UEFA Estoniya və Litva U17 yığmalarına Belarusla oyundan imtina etdiklərinə görə texniki məğlubiyyət verdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 17 yaşadək qadınlardan ibarət Estoniya və Litva yığmalarına Avropa Çempionatı seçmə oyunlarında Belarus yığması ilə qarşılaşmaqdan imtina etdiklərinə görə sanksiya tətbiq edib.

90deqiqe.Az xəbər verir ki, hər iki komanda texniki məğlub sayılıb və 0:3 hesabı ilə uduzmuş hesab olunur.

Belarus Futbol Federasiyasının (ABFF) açıqlamasında bildirilir ki, U17 Belarus yığmasının Malta ilə qalan oyunu barədə dəqiq məlumat daha sonra açıqlanacaq.

UEFA-nın Nəzarət-etik və Disiplin orqanının bu qərarı komandaların etik prinsiplərə və turnir reqlamentinə uyğunluğunu təmin etmək məqsədi daşıyır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb