5 dekabr 2025. Cümə

UEFA Azərbaycan yığmasının rəqibinə kəsdiyi cəzanı yüngülləşdirib


UEFA Azərbaycan yığmasının rəqibinə kəsdiyi cəzanı yüngülləşdirib

UEFA Apellyasiya Komitəsi Slovakiya millisinə qarşı cəzanı yüngülləşdirib.

Corner.az-ın məlumatına görə, bu ölkənin oktyabrın 10-da Uelslə ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar ləğv olunub. Üstəlik, Slovakiya Futbol İttifaqına kəsilmiş cərimə 20 min avrodan 15 min avroya endirilib.

Cəzaya sentyabrın 9-da Macarıstanla səfərdə keçirilmiş AVRO-2020-nin seçmə oyunu zamanı slovakiyalı azarkeşlərin siyasi təxribat xarakterli mesajları səbəb olub. Həmin görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, daha əvvəl Slovakiya ilə görüşdə azarkeşlərinin irqçi davranışları üzündən Macarıstanın oktyabrın 10-da Azərbaycan yığması ilə ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib. 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb