- Avropa çempionatı
- 16:27 02.04.2026
UEFA prezidenti Aleksander Çeferin İtaliyanın Avro-2032-yə ev sahibliyi ilə bağlı ciddi xəbərdarlıq edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə o, "La Gazzetta dello Sport" nəşrinə açıqlamasında danışıb.
Çeferin bildirib ki, İtaliyada stadion infrastrukturu hazırkı vəziyyətdə ciddi narahatlıq doğurur:
“2032-ci ildə Avropa çempionatı İtaliyada keçirilməlidir, lakin stadionlarla bağlı vəziyyəti ‘çətin’dən başqa sözlə təsvir etmək mümkün deyil. İtaliya siyasi liderləri düşünməlidir ki, niyə ölkədə futbol infrastrukturu Avropanın ən zəiflərindən biridir”.
UEFA rəhbəri vurğulayıb ki, turnir planlaşdırıldığı kimi baş tutacaq, lakin şərtlər yerinə yetirilməzsə, İtaliya ev sahibliyini itirə bilər:
“Avro-2032 keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada baş tutmayacaq”.