- Avropa çempionatı
- 16:00 13.04.2026
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda debüt edib.
90deqiqe.Az xəbər verir ki, o, B qrupunda keçirilən Kosovo – Moldova görüşündə baş hakim kimi ədaləti qoruyub. Qarşılaşma Kosovonun 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Lütfəliyeva oyun ərzində yalnız bir sarı vərəqə göstərib. O, 26-cı dəqiqədə Moldova millisinin üzvü Olqa Luçanı cəzalandırıb.
Bildirilib ki, referi aprelin 15-də Kosovo – Litva matçında ehtiyat hakim, 18-də isə Moldova – Litva qarşılaşmasında baş hakim olacaq. Digər azərbaycanlı referi Gülnurə Əkbərzadə isə baş hakimin köməkçisi kimi çıxış edəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçirilir.